Lerik, 27 may, AZƏRTAC
Mayın 27-də Lerik Rayon İcra Hakimiyyətində Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın qədim dövlətçilik ənənələrinin bərpa olunmasından danışıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında məruzə edib.
Tədbirdə çıxış edənlər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının dövlətçilik tariximizdə müstəsna yer tutduğunu, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini gücləndirdiyini diqqətə çatdırıblar.