Bakıda onlayn narkotik satan şəxlər həbs edilib -

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənMetbuat.az-a daxil olan məlumata görə, Nəsimi Rayon İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin İsmayılov və İlham İsgəndərov saxlanılıblar. E.İsmayılovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 300 qramdan artıq narkotik vasitə heroin, 82 qrama yaxın psixotrop maddə metamfetamin, 3 qramdan artıq metadon və elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, E.İsmayılov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxt ərazisində onlayn yolla satışını təşkil etməli imiş.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR