AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı

Koronavirus infeksiyasının yayılmasını minimuma endirmək məqsədilə, Azərbaycana gələn bütün sərnişinlər təyyarəyə minməzdən əvvəl COVID-19 üçün PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir.

Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir.

COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər mövcud tələblərə uyğun olaraq daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR