Azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Erməni işğalı nəticəsində indiyə qədər 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkiləri keçirilməyib və həmin ərazilərdən olan soydaşlarımızın konstitusyon hüquqları pozulub.

Metbuat.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən deyib.


Nazir müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır:

"Bu proseslərdən sonra həmin ərazilərdə yaşayış üçün zəruri infrastruklturun yaradılamsı, insanların qayıtması işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə yerli özünüidarə orqanlarının yaradılmasına başlanılacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR