Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili üçün layihə hazırlanıb.
Metbuat.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, məqsəd elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsidir.