Bu tarixdən istənilən yerə bir saniyədən də tez çatacayıq -

Facebook CEO'su Mark Zukerberq, teleportasiya texnologiyasının həyatımıza girəcəyi tarixlə əlaqədar açıqlamalar verib.

Metbuat.az-ın məlumatına görə Mark Zukerberq müsahibəsində gələcəyin informasiya platformasının virtual gerçəklik olacağına inandığını və bu sahəyə investisiya qoymağın məntiqli olduğunu söyləyib.

"2021-ci ildəyik, indi bitləri (məlumat saxlama sahəsindəki ən kiçik fayl vahidi) hərəkət etdirmək atomu hərəkət etdirməkdən daha asandır. Biz teleportasiya etdiyimiz zaman artıq bizi yavaşladan - avtomobilləri, təyyarələri, bunların hamısını ortadan qaldıracayıq.

Mən bunun cəmiyyət və ümumiyyətlə planet üçün daha yaxşı olduğunu düşünürəm. 10 ildən sonra hər yerə teleportasiya ediləcəksiniz'' deyib.


Qeyd edək ki. Zuckerberk, virtual gerçəkliyə keçidin dünya üçün yaxşı olacağını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalacağını vurğulayıb .

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR