Ramiz Hüseynzadənin evindən

Xəbər verdiyimiz kimi tanınmış aktyor Ramiz Hüseynzadə vəfat edib.

Metbuat.az xəbər verir ki, bu gün gecə saatlarında aktyorun təzyiqi qalxıb və beyninə qan sızıb. Bu, beyin ölümü ilə nəticələnib.

Mərhum bu gün axşam saatlarında Sumqayıt şəhərində yerləşən 10 nömrəli xəstəxanada vəfat edib.

O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub.

Qeyd edək ki, Ramiz Hüseynzadənin 42 yaşı var idi.

Ölkə.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR