Ramiz ilə bağlı ŞOK FAKTLAR:

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun yaxın dostu, həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını bildirib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

“Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.

Qeyd edək ki, aktyorun vəfatından sonra bir öncə yazdığı status diqqətləri cəlb edib.

Belə ki, o, sosial media hesabında: "Böyük kütlənin sevgisini duyursan amma bir nəfərin sevgisini hiss etmək istəyirsən. Bax bu sözləri mən öləndən sonra vurun status kimi" sözləri yazıb.

Onun ölümündən hər kəs sarsılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR