Müğənni Zamiq Hüseynov növbəti dəfə "akustik" layihəyə imza atıb.
Metbuat.az xəbər verir ki, ifaçı mərhələli şəkildə reallaşdıracağı proyektində ilk olaraq "Необыкновенные глаза", "Qeyri-adi gözlər" mahnısını sevənlərinin ixtiyarına verib. 10-dan çox mahnının təqdimatı gözlənilən layihə "youtube" üzərindən təqdim olunacaq.
Qeyd edək ki, Zamiq 3 il əvvəl də oxşar proyektlə yadda qalmışdı.