Məşhur müğənninin 1 milyonluq əşyaları

Amerikalı məşhur müğənni Beyonsun bir milyon dollar dəyərində əşyaları oğurlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər müğənninin əmlakının saxlanıldığı Los-Ancelesdəki anbardan bir milyon dollarlıq oğurluq ediblər. Məlumata görə, bu, oğruların ay ərzində anbara ikinci gəlişidir. Onlar Beyonsun bahalı əl çantalarını, geyimlərini və müğənninin stilistlərindən birinə məxsus əşyaları götürüblər.

Los-Anceles polisi oğurluq faktını araşdırır, hələlik saxlanılan yoxdur. (Azvision)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR