“Alibaba” cərimələndi

Çinin bazarlara nəzarət üzrə dövlət agentliyi “Alibaba” şirkətini antiinhisarçılıq qanunlarını pozduğuna görə 18,34 milyard yuan (2,78 milyard dollar) cərimələyib.

Metbuat.az xəbər verir ki,qanunun müvafiq bəndlərini pozduğu üçün şirkətə 2019-cu ildə ölkə daxilində 455,71 milyard yuanlıq (69,67 milyard dollar) satışın 4%-i həcmində cərimə tətbiq edilməsinə qərar verilib.

Ümumilikdə “Alibaba” 18 228 milyard yuan (2,78 milyard dollar) cərimə ödəməlidir.(Azvision)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR