Bu ölkədə 3 hərbiçi

Səudiyyə Ərəbistanının hərbi tribunalı vətənə xəyanətdə günahlandırılan üç hərbçi barədə ölüm hökmü çıxarıb.

Metbuat.az Azvision-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” dövlət agentliyi məlumat yayıb.

"Düşmənlə hər hansı bir əməkdaşlığı qadağan edən qanuna əsasən, Müdafiə Nazirliyinin üç hərbi qulluqçusu krallığın mənafeyinə zidd olaraq düşmənlə əlaqələrə görə böyük xəyanətdə günahkar bilinib. Onların günahları sübuta yetirildikdən sonra barələrində ölüm hökmü çıxarıldı. Hökm icra edildi", - deyə agentlik yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR