Türkiyədə turistləri daşıyan avtobuslar aşdı,

Türkiyədə ağır yol qəzası baş verib.

Metbuat.az Türk mediasına istinadən xəbər verir ki, turistləri daşıyan iki avtobus Konya-Aksaray yolunun 40-cı kilometrində qəza törədib.

Avtobuslardan birində olan 13 sərnişin yaralanıb. 32 rusiyalı turisti daşıyan digər avtobusda olan 16 nəfər yaralanıb, 43 yaşlı Yelena Avtakina adlı bir turist isə ölüb.

Türk mediasının bildirdiyinə görə qəzaya yolun buzlu olması səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR