Bu ölkədə məktəb yanğınında

Nigerin paytaxtı Niameydə məktəbdə baş verən yanğın nəticəsində 20-yə yaxın şagird yanaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə dərs zamanı qeydə alınıb.

Məlumata görə, 21 sinif otağı qəfildən yanmağa başlayıb. Alov güclü olduğundan yanğının qarşısını almaq mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, BMT-nin 189 ölkədən formalaşan İnsanın İnkişafı İndeksində Niger dünyanın ən kasıb dövləti olaraq sonucu sırada qərar tutub. Ölkədə minlərlə məktəb saman daxmalardan ibarətdir. Siniflərdə sıxlıq olduğundan şagirdlər dərs zamanı yerdə əyləşirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR