AFFA bu klublara ödəniş etdi

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədilə növbəti dəfə 15 000 manat maliyyə vəsaiti köçürülüb.

Metbuat.az-ın məlumatına görə, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.

8 klubun hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR