Göyçayda zincirvari qəza:

Göyçayda 3 avtomobilin iştirakı və sürücünün xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Nizami küçəsində qeydə alınıb. Belə ki, 50 BU 954 dövlət qeydiyyat nişanlı "VAZ 21099" markalı avtomobil "Hundai" və "Mercedes" markalı avtomobillə çırpılıb.

Hadisə nəticəsində "VAZ 21099"un sürücüsü Göyçay şəhər sakini, 1986-cı il təvəllüdlü Baxşıyev Həsən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.




Davud Tarverdiyev/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR