Azərbaycanda qaraciyər köçürülməsinin qiyməti 45 min manatdır -

Azərbaycanda qaraciyər köçürülməsi əməliyyatı 40-45 min, böyrək köçürülməsi isə təxminən 12 min manat civarındadır. Bu qiymətə həm xəstənin, həm də donorun əməliyyatı, dərmanlarla təmin edilməsi və s. məsələlər daxildir.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib. O bildirib ki, orqan transplantasiya əməliyyatlarının qiymətləri ilə bağlı məsələ müzakirə olunur:

“Düşünürəm ki, müəyyə zaman içərisində orqan köçürülmə əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olacaq. Bu baş verərsə, həm donor hovuzu, həm də xəstələrin əməliyyat olma şansını artacaq”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR