x
Loading...

Rüşvətə görə saxlanılan İmran Ağayev KİMDİR? - DOSYE

.

Xəbər verdiyimiz kimi, koronavirus xəstələrini rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsinə görə onların yaxınlarından rüşvət alan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkim Ağayev İmran Əliağa oğlu Baş Prokurorluq tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, Baş Prokurorlu tərəfindən saxlanılan Ağayev İmran Əliağa oğlu 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib.

Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür.

2009-cu ildən bəri Azərbaycan Respublikası Gömrük Komitəsinin Mərkəzi Qospitalının stomatoloqudur. Bundan başqa, Avropa Diş İmplantoloqları Assosiasiyasında üzvlüyə malikdir. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi olmazdan əvvəl “MediStyle” Hospitalının baş həkimi vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR