Nazir yol qəzasında öldü -

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.

Metbuat.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə yerli “Todo Noticias” telekanalı məlumat yayıb.

Məlumata görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.

Qeyd edək ki, M.Meoni 2019-cu ilin dekabrından bu vəzifəni icra edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR