Türkiyə XİN-dən Baydenin açıqlamasına -

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin işlətdiyi qalmaqallı “soyqırımı” ifadəsi ilə bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, XİN bu açıqlamanı rədd edib.

“ABŞ prezidentinin radikal erməni çevrəsi ilə Türkiyə əleyhinə olan qrupların təzyiqi altında 24 aprel tarixində 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və rədd edirik.

Sözügedən açıqlamanın mövzuya dair elmi və hüquqi bir təmələ, tapıntıya əsaslanmadığı ortadadır. 1915-ci il hadisələri ilə əlaqədar olaraq beynəlxalq hüquqda müəyyən edilmiş “soyqırımı” ifadəsinin işlədilməsi üçün lazım olan şərtlərin heç biri mövcud deyil.

1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin konyuktural siyasi motivlərinə və ya daxili siyasi mülahizələrinə görə dəyişməz. Belə bir yanaşma tarixin yalnız kobudcasına təhrif edilməsinə xidmət edər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR