Ərdoğan Baydenə CAVAB VERDİ -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Co Badenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Ərdoğan Baydenin bəyanatını tarixi, hüquqi əsası olamayan ifadələr toplusu adlandırıb.

"ABŞ prezidenti Baydenin 24 aprel günün yayımladığı bəyanat coğrafiyamızda bir əsrdən uzun müddət öncə yaşanan kədərli hadisələrlə bağlı haqsız ifadələr işlədib. Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər fərdi kimi bizi də dərindən kədərləndirib. Bu ifadələrin radikal ermeni düşərgəsinin və Türkiyə əleyhinə qüvvələrin təzyiqi ilə mətnə salındığını düşünürük", - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə tarixdə yaşanan kədərli hadisələrin yarışdırılması kimi anlayışları doğru hesab etmir: "Belə bir yarışa girəcəklərsə, alnı ağ, vicdanı təmiz çıxacaq tək dövlətin biz olacağımızı xatırlatmaq istəyirəm. Bizə soyqırım ittihamını irəli sürən dairələrin hamısı insan içinə çıxa bilməyəcək hala gələcək. Son əsrin ən böyük mülki itkiləri, köçləri bizim vətənimizdə olub. Osmanlının Balkanlardakı, Qafqazlardakı torpaqlarında yaşayan 10 milyon əhalisindən yarısı ölüm, yarısı sürgün ağrıları yaşayıb. Bunu şəxsən qərbli tarixçilər ifadə edir. Bu 10 milyon insanla əlaqəli nə silahlı qruplaşma şəkili, nə də ardında qalan qan izləri görməyəcəksiniz, tapmayacaqsınız".

“30 il əvvəl işğal olunmuş Qarabağ və Azərbaycan şəhərlərində edilənlər göz önündədir. Hörmətli Bayden, Minsk Qrupu deyilən bir üçlük quruldu. 30 il ərzində bu işğala son qoymadınız. Təəssüf ki, oradakı insanlar, bir milyondan çox azərbaycanlı qardaşlarımız doğma yurdlarından köç etmək məcburiyyətində qaldılar. Bütün o yerlər, o Qarabağ, bütün binalar, hər şey təəssüf ki, yandırıldı, məhv edildi.

Soyqırımı deyirsinizsə, güzgüyə baxmalı və özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyac yoxdur. Bütün bunlar ortada ikən ayağa qalxaraq Türkiyəyə və türk millətinə soyqırımı damğası vura bilməzsiniz.

Baxın, burada on minlərlə dinc sakin qırılarkən, 1.5 milyon azərbaycanlı qardaşımız evlərini tərk etmək məcburiyyətində qaldı”, - deyə Ərdoğan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR