Müğənninin səhnədə çiyni çıxdı -

Rusiyanın pop ulduzu Polina Qaqarinanın konsertdə başına iş gəlib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Çelyabinskdə çıxışı zamanı sərt bir şəkildə qollarını geri çəkib, nəticədə çiyni çıxıb.

Həmin anın videosu qısa müddət sonra sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür ki, Qaqarina mahnı ifa edərkən anidən başını aşağı əyir və ağrıdan mikrofonu yerə qoymağa məcbur olur.

Əvvəlcə bir çox izləyici bunun şounun bir hissəsi olduğunu düşünüb. Lakin tezliklə müğənniyə yardım göstərmək üçün səhnədən uzaqlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR