“Qarabağ” Azərbaycan Kuboku ilə vidalaşdı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, ilk yarımfinal matçında Premyer Liqanın lideri "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Sumqayıtdakı oyunda olduğu kimi bu görüşdə də qapılara qol vurulmayıb. Belədə matç penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (5:4) "Sumqayıt" kubokun ilk finalçısı olub.

Günün digər matçında isə "Zirə" Keşlə"ni qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyükdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR