Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb

Mingəçevirdə minik maşını yanıb, sahibi yanıq xəsarətləri alıb.

Metbuat.az xəbər verir ki, hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib.

Belə ki, usta öz avtomobilində təmir apararkən maşın qəfil alovlanıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib.

Hadisə zamanı maşının sahibi olan və şəhərdə "Usta Vəli” kimi tanınan yaşlı kişi bədənin və üzün müxtəlif nahiyələrindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR