"Mançester Yunayted" azarkeşi aksiya zamanı polislər tərəfindən döyülüb

İngiltərədə "Mançester Yunayted" komandasının azarkeşlərinin klub rəhbərliyinə qarşı aksiyası zamanı yerli polislərin onlarla davranışı ölkə gündəmini zəbt edib.

Metbuat.az xəbər verir ki, hər şey hüquq-mühafizə orqanları əməkdaşlarının fanatlardan birini küçə ilə sürüdüyü videonun sosial şəbəkələrdə yayılmasından sonra üzə çıxıb.

Görüntülərdə bir neçə polisin tərəfdarla kobud rəftarı və onu döyməsi açıq-aşkar görünür. İnsident bununla da yekunlaşmayıb. Polislər fanatın döyülməsini lentə alan jurnalistlərdən həmin görüntüləri silməyi tələb ediblər.

Qeyd edək ki, azarkeşlərin çaxnaşma törətməsi səbəbindən XXXIV turun "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR