x
Loading...
.

Bu küçə və prospektlərdə tıxacdır - SİYAHI

.

Hazırda Bakının bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Metbuat.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilib ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkəti çətinləşib.

Təkcə Heydər Əliyev prospektində (kənar yol şəhər mərkəzi istiqamətində) “Koroğlu” NMM-dən-28 May”-“İçərişəhər” və əks istiqamətdə hərəkət edən 30-dan artıq avtobus sıxlıqda qalıb.

1. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində sıxlıq

2. Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti və Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

3. Ziya Bünyadov prospekti – Poladəritmə zavodunun yanından (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən) 20 yanvar dairəsi istiqamətində sıxlıq

4. Rövşən Cəfərov küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

5. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq

6. Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində sıxlıq

7. Rəşid Behbudov küçəsi – Mərkəzi Bankın qarşısına qədər nisbətən sıxlıq

8. 28 May küçəsi – Rəşid Behbudov küçəsi ilə kəsişməyədək nisbətən sıxlıq

9. Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq

10. Afiyəddin Cəlilov küçəsi sıxlıq

11. Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində sıxlıq

12. Neftçilər prospekti – Kukla teatrının qarşısı (Niyazi küçəsindən gələn nəqliyyat vasitələri) nisbətən sıxlıq

13. Məhəmməd Hadi küçəsi – Əhmədli metrosunun qarşısı –Babək prospekti istiqamətində sıxlıq

14. Mustafa Kamal Atatürk prospekti – Ziya Bünaydov prospekti istiqamətində sıxlıq

15. Babək prospekti – Heydər Əliyev prospektinə giriş sıxlıq

16. Abdulvahab Salamzadə küçəsi – Qələbə dairəsi və Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR