Təhsil Nazirliyi səhvlər tapılan tarix dərsliyindən danışdı

Təhsil Nazirliyi AMEA Tarix İnstitutunun 2021/2022-ci tədris ilində VI sinif tarix dərsliyində 56 qüsur və səhv tapması məsələsinə münasibət bildirib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, nazirliyin sözlərinə görə, sözügedən dərslik hazırda istifadədə deyil, yeni hazırlanır.

Qeyd olunub ki, dərslik layihəsi ekspertlərin və ictimaiyyətin müzakirəsinə çıxarılmış və trims.edu.az portalında yerləşdirilib: "Rəy bildirilməsi üçün layihə o cümlədən aidiyyəti üzrə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna da göndərilib. Tarix İnstitutunun mütəxəssislərinin hazırladığı rəy 24 may tarixində Təhsil Nazirliyə daxil olub və nəzərə alınması üçün dərslik üzərində işləyən nəşriyyata göndərilib. Bir daha vurğulayırıq ki, sözügedən dərslik layihəsi hələ ki hazırlıq prosesindədir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)