Fransa prezidenti Emmanuel Makron Ruandaya səfər edib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı burdakı çıxışı zamanı ilk dəfə Ruandadakı soyqırıma görə Fransanın məsuliyyət daşıdığını etiraf edib. “1984-cü ildəki soyqırımın məsuliyyətini qəbul etməyə gəldim” deyən Makron xalqdan üzr istəyib.

O bildirib ki, Fransa vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən əslində soyqırım törədən rejimə dəstək verdiyini başa düşməyib.

Anar Türkeş / Metbuat.az