Ahıl kişi özünü su kanalına ataraq

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR