Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib

Vətən müharibəsi şəhidi Vüsal Hüseynovun övladı dünyaya gəlib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, körpəyə şəhidin vəsiyyətinə uyğun olaraq babası Nadirin adı qoyulub.

Şəhidin övladı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib.

Qeyd edək ki, şəhid Vüsal Nadir oğlu Hüseynov 1991-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR