x
Loading...
.

Rusiya niyyətini gizlədir: Moskvadan Türkiyəyə Qarabağ mesajı

.

Dağlıq Qarabağın statusu artıq bəllidir. Azərbaycan xalqı 44 günlük müharibə əsnasında “Dəmir yumruğ”un gücü ilə öz torpaqlarını işğaldan azad etmişdir.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz bildirib.

General deyir ki, Türkiyə Cumhuriyyətininprezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Bakıya və Şuşaya səfəri ilə də bir daha Qarabağın statusunun həll edildiyi və torpaqların əsl sahibinin kim olduğu məsələsi bir daha təsdiqlənəcəkdir.


“Həmin səfər çərçivəsində beynəlxalq aləm də daxil olmaqla dosta–düşmana Qarabağda status məsələsinin həll olunduğu nümayiş etdiriləcəkdir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə Dağlıq Qarabağın statusunun qarşıdakı 3-5 il ərzində ATƏT-in Minks qrupu çərçivəsində həll edilməsi ilə bağlı söylədiyi fikirlər, 44 günlük müharibədə qazanılan zəfərə və BMT-nin Azərbaycanın sərhədləri ilə bağlı qəbul etdiyi qərarlara ziddidir”.

Yücel Karauz bildirdi ki, hörmətli Lavrov bu açıqlamasında İran və Türkiyənin maraqlarından danışdığı halda Rusiyanın niyyətini gizli saxlayıb. Rusiya prezidenti Vladimir Putin tərəfindən dəfələrlə, istər 44 günlük müharibə ərəfəsində, istərsə də müharibədən sonra, Dağlıq Qarabağın Azərbaycan torpaqları olması, Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi üçün savaşdığı ilə bağlı söylədiyi fikirlər də Qarabağın statusu məsələsinin həll olunduğuna təminatdır.

“Burada həll olunası yeganə məsələ 10 noyabr Bəyannaməsinin şərtlərinin Ermənistan tərəfindən həll edilməsi ilə bağlı olacaqdır. Son vaxtlar Ermənistanda iyunun 20-də keçirilməsi nəzərdə tutulan seçkilər, həmçinin Rusiya, Qərb və Amerikanın da Qarabağ məsələsinə müdaxilə etdiyini görürük. Bu müdaxilələr Ermənistanda seçkidən sonrakı vəziyyət ilə bağlı öncədən alınan tədbirlərə görədir.

Böyük dövlətlər çox yönümlü siyasəti izlədiklərinə görə, heç vaxt uduzmağı istəməzlər ona görə də tək alternativli planlar qurmazlar. Ona görə də bu dövlətlər həm Paşinyana, həm də Nikolun dostlarına və rəqiblərinə ümidlər vermək üçün belə açıqlamalar verib, seçki öncəsi vəziyyəti nəzarətdə saxlamağa çalışırlar”.

General vurğuladı ki, Dağlıq Qarabağın hazırkı durumu, Ermənistanın orada terrorçu fəaliyyətlər aparması, üçlü platforma daxilində alınan qərarlara rəğmən hələ də mina xəritələrinin verilməməsi, sərhəddə gərginlik yaratması və bunun nəticəsində 27 azərbaycanlının şəhid olması, Ermənistanın Azərbaycan tərəfində olan hərbi əsirlərin qaytarılması istiqamətində Qərbin diqqətini çəkmək üçün atdığı addımlardandır.

“Düşünürəm ki, seçkilərə qədər hər tərəfə bir əmzik verəcək siyasi gedişlərin nəticəsində seçkilərdən sonra hadisələrə baxış daha dəqiq olacaqdır. Sülhə və sabitliyə həmçinin iqtisadiyyatın inkişafını nəzərdə tutacaq qərarların alınması gözlənilir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR