Moskvanın təlimatı yoxsa dilənçilik? -

"Ermənistanın eks prezidenti Robert Koçaryanın seçkiqabağı söylədiyi sərsəm bir fikir diqqətdən kənarda qalmadı. Robert Koçaryan çıxışı zamanı bildirib ki, "2 il ərzində Şuşa və Hadrutu geri alacaq".

Politoloq Samir Hümbətov Metbuat.az-a açıqlamasında bildirib ki, Koçaryanın bu çıxışı şübhəsiz ki, sərsəmlikdən əlavə həm də revanşist çıxışdır.

"Maraqlı burasındadır ki, həmin Robert Koçaryan Moskvaya səfər edən zaman Kremlə yaxınlığı ilə tanınan Poznerə müsahibə verərəkən bildirmişdir ki, "Ermənistanda ağlı başında olan kimsə revanş haqqında düşünməməlidir". Görünən odur ki, Robert Koçaryanın öz sözünü, özü kimi ucuz və mənasız etməkdə əsas məqsəd kimlərinsə dəstəyini əldə etmək və seçkidə səs toplamaqdır".

Politoloq deyir ki, qısa zaman ərzində Robert Koçaryanın belə bir-birinə zidd bəyanatlar verməsinin arxasında iki məsələ dayanır.

"Birincisi, Ermənistan və ermənilər çətin vəziyyətə düşən kimi yalvarıb imdad diləyirlər, sərbəst olandan kimi isə bu cür sərsəm bəyanat verirlər. İkincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi funksiyasını zorla öz üzərinə götürən Rusiya ilə imzalanmış müqavilənin hüquqi əsasları tez məhv olur. Yəni Rusiya ilə imzalanmış müqavilə ya Rusiyanın öz maraqlarına uyğun işləyir, ya da heç işləmir. Odur ki, Azərbaycan son dərəcə ehtiyatlı addım atsa daha yaxşı olar".

Gülbəni Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR