Ərdoğan Şuşada OLANDA… -

“Ərdoğanın Şuşaya səfəri zamanı Ermənistanın keçmiş prezindentləri də Xankəndində olmalıdır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı, Ermənistan prezidentinin müşaviri Tevan Poqosüyan “Facebook” səhifəsində yazıb. Qalmaqallı təklifin müəllifi T.Poqosüyan qeyd edir ki, sözdə təhlükəsizlik dəbdə olsa da, məna baxımdan heç kim bunu dərk etmir. Yaxşı bir ideya ilə üstünlüyü ələ ala bilərik.

“Təsəvvür edin ki, Ermənistan prezidentləri eyni gündə Stepanakertə dəvət olunublar. 2019-cu ildə Pan-erməni oyunları üçün bir dəfə demişdim, indi də deyirəm, Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Armen Sarkisyanla eyni gündə Stepanakertə olsunlar, elə orada olan erməniləri birlik olmağa səsləyib, vahid millət kimi birləşməyə çağırsınlar. Bu romantik səslənə bilər, amma təhlükəsizliyimizi kimsə bizə qaytaran deyil. Düşünürəm ki, məqsəd varsa, doğru addımlara istiqamətlənmiş işlər görüləcəkdir”- T.Poqosüyan belə deyib.

Qeyd edək ki, onun bu yazıdqlarına olan münasibət izləyiciləri tərəfindən birmənalı olmayıb. Kimisi onun bu romantik səslənən fikirlərini dəstəkləsə də, əksəriyyət “Milli birliyimizi itirmişik, bu gün 26 siyasi qüvvənin məqsədi, vətənimizi xilas etməməkdir, bir-birindən qisas almaq üçün sərsəm kimi davranırlar” deyə fikirlər ifadə ediblər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR