Burada öz evimizdəki kimiyik -

“Azərbaycan xalqına bizi isti qarşıladığına görə təşəkkür edirik. Burada öz evimizdəki kimiyik”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin qrup mərhələsinin 2-ci turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

İtaliya ilə qarşılaşdıqları ilk matçı uğursuz adlandıran mütəxəssis sabah qələbə qazanacaqlarına ümid edir:

"Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR