Səsvermə zamanı 300-dən çox seçki pozuntusu baş verib -

Ermənistan Baş Prokurorluğu ölkədə keçirilən növbədənkənar parlament seçkilərində yol verilən pozuntular barədə 300-dən çox məlumat alıb.

Metbuat.az xəbər verir ki, bu barədə brifinqdə qurumun nümayəndəsi Edqar Arsenyan bildirib.

“Müxtəlif kanallarla prokurorluğa seçkilər zamanı pozuntular barədə 319 məlumat daxil olub. Onlardan 150-də cinayət əlamətləri var. 6-sı ilə bağlı cinayət işi başlayıb. 144 iş istintaqa və sənədlərin hazırlanmasına yönləndirilib”, - Arsenyan deyib.

Xatırladaq ki, bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR