Belarusa qarşı sanksiyalar tətbiq edildi

ABŞ, Kanada və Böyük Brtitaniya Minskə zorla endirilən sərnişin təyyarəsinə görə, Belarusa qarşı birgə sanksiyalar tətbiq edib.

Metbuat.az xəbər verir ki, qadağalar Belarusdan olan 46 rəsmi şəxsi və 5 qurumu əhatə edir. Rəsmilərin ABŞ, Kanada və Böyük Britaniyaya daxil olması qadağan edilib.

Qeyd edək ki, Avropa Birliyi də Belarusa qarşı iqtisadi sanksiyaları nəzərdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR