Prezident İlham Əliyev "Metbuat.az"ın əməkdaşını

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Həmin sərəncamla Silahlı Qüvvələrin 5 min 867 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif olunanlar arasında "Metbuat.az" İnformasiya Agentliyinin əməkdaşı Seyidzadə Sadıq Pərviz oğlu da var.

Sadıq, Qubadlının azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik göstərərək “Qubadlının azad olunmasına görə” medalı ilə mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, Seyidzadə Sadıq Pərviz oğlu 2020-ci il sentyabrın 28-dən başlanan 44 günlük Vətən müharibəsində iştirak edib. O, müharibə başa çatandan sonra Azərbaycan Ordusunun sıralarından tərxis olunub. Hazırda Sadıq Seyidzadə "Metbuat.az " İnformasiya Agentliyində qrafik dizayner kimi fəaliyyətini davam etdirir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR