İrandan Ermənistana gedən yük maşınlarında nə var?

"Bu günə qədər İrandan Ermənistana “yardım” adı altında iri tonnajlı yük maşınları ilə nələrin daşındığı açıqlaması olmasa da bunun daha çox hərbi yardım olduğu bəllidir".

Bu fikirləri siyasi şərhçi Asif Nərimanlı Metbuat.az-a müsahibəsində bildirib. İranın Ermənistanla, xüsusən də Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindəki erməni separatçıları ilə əlaqələrinə dair hər hansı məlumatın, Azərbaycan cəmiyyətində xüsusi həssaslıqla qarşılandığını qeyd edən Asif Nərimanlı deyir ki, xüsusilə Xankəndinə daşınan yüklərin silah-sursat olması barədə yayılan iddialar şübhələri daha da artırır.

Bir kəmər - bir yol, yoxsa ABŞ yolu? - Azərbaycan iki od arasında »  Qaynarinfo.az

“İstisna deyil ki, İran bu yük daşımalarda Ermənistana həm də silah yardımı da edib. Əgər İran bu yardımları hümanitar məqsədlər ilə edirsə nə üçün bunu gizli edir. İlk dəfə mart ayında, Gürcüstandan Ermənistana 5 min ədəd zirehli gödəkçə daşınması ilə əlaqədar xəbərlər yayıldı. Gürcüstan həmin TIR-ların ərazisindən keçib getməsinə icazə vermədi. Məhz bu hadisədən sonra İrandan Xankəndinə silah daşınması ilə əlaqədar xəbərlər, görüntüləri yayılmağa başladı. Hətta aprel ayında Ermənistan sərhədində İran yük maşınlarının görünməsi xəbərinə İranın Azərbaycandakı səfirliyi də münasibət bildirərək qeyd etdi ki, onlar bu məsələ ilə maraqlanırlar. Qeyd edim ki, dəfələrlə İrandan gələn “yardım”ın daşındığı TIR-larda loqoların Ermənistana məxsus kimi göstərilməsi həqiqəti gizlətməkdən başqa birməqsəd güdmür”.

Asif Nərimanlı deyir ki, İranın TIR-larda daşınanları sirr kimi saxlaması istər-istəməz şübhələrə səbəb olur. Bəlkə də o qida yüküdür amma gizli yardım edilməsi, hərbi yük təssüratı yaradır. Elə bu yardımların edilməsində də məqsəd, Ermənistanı təsir altında saxlamaqdır. Amma İranın Xankəndiyə yardım aparan TIR-ları ilə məsələ isə, bir qədər fərqlidir.


“Məlumdur ki, İran Qarabağda quruculuq işlərində iştirak etmək istəsə də, Azərbaycan tərəfi buna isti münasibət göstərməmişdir. Səbəb isə, İranın separatizmə dəstək verməsi olmuşdu. Şuşada Gövhər Ağa abidəsini fars abidəsi kimi tanıdan İrana qarşı bu kimi münasibət təbii ki, səbəbsiz deyildir. Bütün bunların qarşılığında məhz Azərbaycana – Xankəndinə belə yüklərin daşınması ilə də İran, bir növ təzyiq etmək, mesaj vermək istəyir. Məlumdur ki, işğal dövründə olduğu kimi separatçı qüvvələr ilə əlaqələri İran hələ də davam etdirir. Onlar İran üçün çirkli pulların yuyulması və digər qeyri-qanuni işləri görürdülər. Bu ehtimal belə olsa, fakt odur ki, bu gün İran maşınları yenə də Xankəndindən keçib gedir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR