“Zəfərimiz əbədi olsun ” -

"Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı zəfərdə əsas amillərdən biri də Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu olub. Bu gün Ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi diqqət və qayğı Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir".

Bu sözləri Metbuat.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib. General deyib ki, Ali Baş Komandan İlham Əliyev ötən dövr ərzimdə Azərbaycan ordusunu, dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxarda bildi.

"1994-cü ildə atəşkəs imzalanmasından sonra keçən illər ərzində Azərbaycanda ordunun güclənməsi üçün çox ciddi addımlar atılmağa başlandı. Xüsusilə də zabit heyətinin, peşəkar hərbçilərin sayının sürətlə artırılması kimi vacib iş məhz bu dövrdə həyata keçirildi. Azərbaycan ordusunun silahlanması sürətləndi, özünün müdafiə sənayesi quruldu. Ordunun silahla təchizatı ən müasir səviyyəyə gətirildi. Dünyanın bir sıra ölkələrindən müasir silahlar, texnikalar ordunun silah arsenalına qatıldı. Silahlanma və ordunun ən peşəkar təlimlərə cəlb olunması işi İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətə başlamasından sonra xüsusi bir sıçrayış mərhələsinə daxil oldu. Müasir ordu quruculuğu dövlətin ən vacib məsələsinə çevrildi.Azərbaycan Silahlı Qüvvələrinin gücünü və qüdrətini müasir təchizat, yüksək təlimlər və döyüşkən ruh yüksəkliyi ilə xarakterizə edən general Yücel Karauz deyib: “Azərbaycan Ordusunun yüksək peşəkarlığı barədə indiyədək çox danışmışdıq. Ermənistanın hərbi təxribatları və hücumları nəticəsində ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində göstərilən şücaət Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və humanistliyini bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun qazandığı pak Qələbə Türkiyə üçün də əbədi Zəfərdir. Azərbaycan Silahlı Qüvvələri Günü indi tarixi Zəfər qazanan ordu bayramıdır”.

Yücel Karauz bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni bütün bölgə üçün sülh, sabitlik və inkişaf şansı kimi qiymətləndirilir.

“Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyi üçün zəmanət olduğu kimi, Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə həyata vəsiqə qazanan beynəlxalq statuslu təminatdır. Zəfərimiz mübarək. Eşq olsun Azərbaycan xalqına, ordusuna və Ali Baş Komandan İlham Əliyevə. Allah Azərbaycan Ordusunu hər zaman var etsin, qılıncı kəskin, zəfərləri daim olsun”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR