Danimarka millisi Bakıya gəlir

Futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə Uels-Danimarka oyunu ilə start verilib.

Metbuat.az xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Danimarkalıların heyətində Kasper Dolberq (27, 48), Yoakim Mehle (88) və Martin Brautvey (95+5) fərqləniblər.

Danimarka növbəti mərhələdəkı oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində bu kommandanın rəqibi Niderland - Çexiya duelinin qalibi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR