"Qarabağda atəşkəsi ruslar pozur" -

"Atəşkəs bəyanatına baxmayaraq Ermənistan tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozur. Ermənistan tərəfinin belə propaqandalar etməsini Rusiya tərəfi ilə əlaqələndirirəm".

Bu açıqlamanı Metbuat.az-a politoloq Elman Vəliyev edib. Siyasi şərhçi deyir ki, sülhməramlılar vəziyyəti nəzarətsiz qoyub.


"Sülhməramlıların missiyası odur ki, atəşkəsə, sülhə nəzarət etsin. Ermənilərin belə təxribatlar törətməsi məqsədyönlüdür. Ermənistan tərəfinin bu cür hərəkətləri Rusiya tərəfinin işini daha da asanlaşdırır. Bildiyimiz kimi, Ermənistan tərəfinin sərhədlərinin Rusiya nəzarətinə keçməsi aktual hal alıb. Hətta Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesi başa çatana qədər, Azərbaycanla sərhəd boyunca rusiyalı sərhədçilər yerləşdirilməlidir. Sülhməramlılar bölgədə olduğu müddətcə belə təxribatlar olacaq. Ermənistan tərəfi bəzi qüvvələrin təhrikinə gedir. Bu da onu daha da müşkül duruma salacaq". Elman Vəliyev qeyd etdi ki, Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, kompromisə getsə, çıxış yolu əldə edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR