Azəbaycan Rusiyadan tələb edir:

"Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin təxribat atəşi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat Moskvadan cavab tələb edilməsi üçün ciddi əsaslar yaradır".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı edib. Rusiya Müdafiə Nazirliyinin 6 iyul 2021-ci il tarixində edilən açıqlamasına diqqət çəkən A.Nərimanlı bildirdi ki, edilmiş bu müraciətdə, Dağlıq Qarabağın Martuni (Xocavənd - red.) bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındığı, bu müddətdə Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusunun yaralandığı və Rusiya sülhməramlı kontingentinin komandanlığı və hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparıldığı qeyd edilib. Asif Nərimanlı bildirdi ki, bu açıqlamada Rusiya tərəfi bir neçə yalnışlığa yol verib.

Bir kəmər - bir yol, yoxsa ABŞ yolu? - Azərbaycan iki od arasında »  Qaynarinfo.az

"Birincisi, açıqlamada Rusiya rəsmi şəkildə Xocavənd rayonunu ermənilərin verdiyi adla – Martuni deyə qeyd edir. İkincisi bu açıqlamada Rusiya tərəfi Ermənistanı Qarabağda tərəf kimi göstərib. Halbuki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən bölgədəki qanunsuz erməni hərbi birləşmələr sülhməramlı kontingentin yerləşməsinə paralel olaraq çıxarılmalı idi. Bəyanatın yeganə bəndidir ki, indiyə qədər heç bir irəliləyiş olmayıb. Düşünürəm ki, Rusiya MN-nin baş vermiş təxribatla bağlı son açıqlamasına aydınlıq gətirilməlidir".

Asif Nərimanlı deyir ki, Bakının son addımları fonunda isə Rusiyanın bu açıqlaması səbəbsiz deyil:

"Qeyd edim ki, Rəsmi Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edir. Çünki ruslar erməni qoşunların çıxarılmasını bölgədə varlıqları üçün risk hesab edirlər. Bildiyiniz kimi, prezidentin iqtisadi rayonlarla bağlı fərmanı ilə Bakı rus sülhməramlıların yerləşdiyi bölgələrin – Xankəndi, Xocalı, Xocavənd – taleyinə rəsmi şəkildə qərar verdi. Bununla da Azərbaycan Dağlıq Qarabağ ifadəsini gündəmdən çıxarmış olur. Həmçinin, Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Dağlıq Qarabağ” ifadəsi də ləğv edildi. Təbii ki, ruslar baş verənlərdən narahatdır və Bakıya bu açıqlama ilə mesaj verirlər. Bu isə o deməkdir ki, Azərbaycan ordusunun mövqelərinə doğru atəş açılması üçün tətiyi ruslar çəkib. Məhz son baş verənlər ilə bağlı cavab mütləq olmalıdır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR