"Ermənistanın faktiki hakimiyyət orqanları, əslində, dövlət hakimiyyətinin devrilməsinin və milli kimliyin məhv edilməsinin proqnozlaşdıran ikinci təslim sənədini imzalayacaqlar".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı erməni politoloq Politoloq Edgar Elbakyan bildirib. O deyib ki, Voskepar, Kirants, Azatamut Kayan kəndləri Şurnux kimi bölünəcəklər. Syunikin Vorotan Aygehovit Ditavan kəndləri isə, düşməndən cəmi 300-500 metr məsafədə olacaqdır.

Ermənilər QORXU İÇİNDƏ:

"Voskepar kəndi Azərbaycanın "keçmiş Yuxarı Voskepar anklavı" ilə quru əlaqəsini təmin etmək üçün "coğrafi məqsədəuyğunluq" adı ilə tamamilə Azərbaycana təhvil verilə bilər.

Ermənistanı Gürcüstan və Rusiya ilə birləşdirən İjan-Noyemberyan dövlətlərarası yolunun 2,05 km-lik hissəsi, Goris-Vorotan-Şurnux-Davit Bek yolunun əsas hissəsi kimi, Azərbaycana keçəcək və Syunikdə olduğu kimi eyni problemlərlə qarşılaşacağıq. Belə düşünürəm ki, Ermənistan, Azərbaycan və Türkiyə tərəfindən de-fakto mühasirəyə düşəcəkdir"deyə erməni politoloq iddia edib.