Meşədə çətənə kolu yetişdirən şəxs saxlanıldı -

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR