Bahalı telefonu itirdi, bir gün keçməmiş polis

İyulun 14-də Metbuat.az-ın Qaynar xəttinə bahalı mobil telefonunu itirən vətəndaş tərəfindən şikayət daxil olub.

Belə ki, 35 yaşlı Anar Ağayev bildirib ki, iyulun 13-də o axşam növbəsində çalışdığı iş yerində, mobil telefonunun itirdiyinin fərqinə varıb. Bir neçə dəfə telefonuna zəng etsə də, onun öz nömrəsinə zəngləri cavabsız qalıb. Çünki mobil telefon artıq söndürülmüş idi. Çarəsiz qalan vətəndaş, “102” xidmətinə zəng edərək, itki barədə məlumat verib. Elə həmin gün də vətəndaşdan Səbail Rayon Polis İdarəsinin 8-ci bölmənin əməkdaşları gələrək iş yerinə gələrək, izahat alıblar.

Növbəti gün, prosesin daha da sürətlənməsi üçün, medianın köməyindən istifadə etmək istəyən vətəndaş Metbuat.az-a üz tutub.

Məsələni müraciət edəndən dinlədikdən sonra, iş üzrə araşdırma aparan Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov ilə əlaqə saxladıq. İdarənin rəisi məsələnin artıq nəzarətə götürüldüyünü və hazırda idarənin təhqiqat şöbəsinin rəisi, polis polkovnik lentenantı Canəli Muradov və baş leytenant Rahib Cəfərov tərəfindən vətəndaşın müraciətinin araşdırıldığını bildirdi.

Gün ərzində bizim ilə yenidən əlaqə yaradan Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki, Cavid Muradov bildirdi ki, operativ axtarış işləri nəticəsində, vətəndaşın iş yerində aparılmış araşdırma və video görüntülərə baxışdan sonra onun itmiş telefonu tapılaraq özünə geri qaytarılıb.

Cavid Muradov Metbuat.az-a onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xüsusən də, cənab nazir general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə polis orqanlarında aparılan yüksək tədbirlər sayəsində, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində böyük uğurlara imza atılmışdır. Vətəndaşların da baş verən hadisələrə biganə yanaşmayıb vaxtında polis orqanlarına müraciəti onların problem və narahatlıqlarının həll olunmasında köməkçi olacaqdır.

Qeyd edək ki, vətəndaş Anar Ağayev də mobil telefonunun Səbayil Rayon Polis İdarəsi tərəfindən tapıldığını Metbuat.az-a təsdiqləyib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR