UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Dinamo” (Tbilisi) oyunu baş tutub.

Metbuat.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, qələbə qazanan “Neftçi” Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos” klubu olacaq.