"Metbuat.az" şikayəti araşdırdı:

"Metbuat.az" Böyük Vətən müharibəsi illərində arxa cəbhədə xidmət edən veteran bir qadının müavinət ilə təmin edilməsində köməklik göstərib.

Saytımıza müraciət edən Zərifə xanım Gencumova, uzun müddətdir ona “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ala bilmədiyini, bunun üçün hansı qapıya getsə də, ona müsbət bir cavab verilmədiyindən gileylənirdi.

Ulu babası əslən Gəncədən olan Hacı Gəncum, Gəncə xanının yaxını olub. Zərifə xanım Gəncumova 1928- ci ilin dekabrın səkkizində Bakı şəhərində anadan olub. İxtisasca həkim olan Zərifə xanım Böyük Vətən müharibəsi başlayanda 1941-ci ildə Bakı şəhəri 176 nömrəli orta məktəbdə ön cəbhədən yaralı gələn əsgərlərimizin müalicəsi ilə məşğul olub. Daha sonra elə həmin illərdə Səttərxan adına maşınqayırma zavodunda (O vaxt güllə zadovu olmuşdur) vətənə borcunu yerinə yetirən Zərifə xanım, müharibə bitəndən sonra, göstərdiyi xidmətlərə görə, medal və tərifnamələr ilə təltif edilib. Müharibədən sonra Zərifə xanım Bakıda 45 ilə əczaçılıq sahəsində çalışıb.

Yaşının doxsan beşi adlamasına baxmayaraq, düzgün nitqi, əqli inkişafı və cəsarəti ilə yaşıdlarından çox seçilən Zərifə xanımı uzun müddətdir narahat edən bir məsələ var. O Böyük Vətən Müharibəsi illərində göstərdiyi xidmətlərinə görə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ala bilmir.

Zərifə xanım deyir ki, səbəb kimi qapısını döydüyü qurumlar ona, Böyük Vətən Müharibəsi iştirakçısı, guya həyatda olmadığı ilə bağlı əssasız fikirlər səsləndirmələri olub. Bu məqsədlə Zərifə xanımın yaxınları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsindən arayış alaraq, həqiqətən onun 1941-1945-ci illərdə arxa cəbhədə iştirakçı olduğunu da sübut ediblər. Daha sonra ona müavinət təyin ediləcəyi deyilsə də, sonradan ödəniş reallaşmayıb. Zərifə xanım deyir ki, uzun illər bu müavinət barədə maraqlanmasa da, hazırda sağlamlığında olan problemlər səbəbindən dövlətin qayğısına ehtiyacı var.


Bütün bu problemlər ilə əlaqədar, Metbuat.az Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdiliyə müraciət etdi. Departamentin müdiri öncə şikayətin araşdırma tələb etdiyini bildirdi. Daha sonra, məsələ barədə Rəşad Mehdilli Metbuat.az-a bildirdi ki, Zərifə xanım Gəncumovaya veteranlar üçün təyin edilən müavinət veriləcəkdir. Öz növbəsində Metbuat.az-a Zərifə xanım da müavinəti alacağını, onunla əlaqə saxlanılıb şikayətinin təmin edildiyini bildirdi.

Uzun illərdir problemi həll olunmadığından mənəvi narahatlıq keçirən Zərifə xanım Gəncumovanın indi tək arzusu, müharibənin acı simasından yaddaşına əbədi köçən o ağır günlərin mükafatı olan 9 may- Faşizm üzərində Qələbə günündə istər media, istərsə də televiziyalar tərəfindən yad edilib xatirələrinin lentə alınmasıdır. Ümidvarıq ki, növbəti il keçiriləcək 9 may-Faşizm üzərində Qələbə günündə, Böyük Vətən Müharibəsində iştirakçı olan veteran həmvətənimizi də yada salıb, könlünü xoş edəcəklər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR