Azərbaycanda koronavirusa yoluxanların sayı

Azərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR