​Qazaxıstan Respublikası Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı protokolu təsdiqlədi

Qazaxıstan höküməti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Metbuat.az-a verilən məlumata görə, “Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiqlənməsi ilə bağlı sənəd Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin tərəfindən imzalanıb.

Sənəddə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 28 noyabr 2020-ci ildə İstanbulda imzalanan “Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokolu”-nun təsdiq edilməsi və bu qərarın imzalandığı gündən qüvvəyə minməsi qeyd edilir.

Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi təşkilata üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Fondun maliyyələşdirilməsi ilə bağlı protokol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən artıq təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR