Koronavirusla bağlı daha bir qadağa LƏĞV EDİLDİ -

"Moskva rəhbərliyi 19 iyul bazar ertəsi günündən etibarən paytaxtdakı kafe və restoranlarda QR kod sistemini ləğv edəcək".

Metbuat.az xəbər verir ki, bu fikirləri Moskva Bələdiyyə rəhbəri Sergey Sobyanin "Youtube"da "Russia 24" də canlı yayımlanan koronavirusla mübarizə üzrə Koordinasiya Şurasının rəyasət heyətində çıxışı zamanı deyib.

Bələdiyyə rəhbəri şəhərdəki koronavirusla bağlı vəziyyətin çətin olduğunu, ancaq dörd həftədir ki, nisbətən yoluxmanın azaldığını qeyd edib. Eyni zamanda, o bildirib ki, Moskvada QR kodlarının ləğvi bütün epidemioloji tələblərin ləğvi demək deyil.

Qeyd edək ki, Moskva restoranlarına girişin yalnız koronavirus əleyhinə vaksini təsdiqləyən QR kod ilə mümkün olduğu bu sistem, 28 iyun tarixindən tətbiq edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR